Dövlət proqramı üzrə magistraturaya qəbul nəticələri yaxın günlərdə açıqlanacaq.

Bu sözləri Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, nəticələr emal prosesindədir.

Qeyd edək ki, bu gün "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”na (bundan sonra – Dövlət Proqramı) bakalavriat və doktorantura səviyyələri üzrə qəbul nəticələri müəyyən olunub.

.