Ukraynanın Donetsk vilayətində fedearativ respublika tərəfdarı olan vətəndaşlar hökumətlə silahlı qarşıdurmaya girib. Vilayətdəki strateji obyektləri ələ keçirən silahlı vətəndaşlar və onlara yardım edən naməlum döyüşçülər Donetskin Slavyansk şəhərindəki hava limanını ələ keçiriblər.
Hazırda ən çox silahlı qarşıdurma Slavyansk şəhərində gedir. Şəhərdə federativ respublika tərəfdarları ilə əleyhdarları arasında qarşıdurmada 3 nəfər həyatını itirib, 10 nəfər yaralanıb.
