Yenizaman.az-ın "İTAR-TASS" agentliyinə istinadən verdiyi məlumata görə, Ukrayna Ali Radasının qərarı ilə 25 may tarixində baş tutacaq prezident seçkiləri Donetsk vilayətində keçirilməyəcək. Bu barədə ictimaiyyətə "Donetsk Xalq Respublikası"nın rəhbəri Denis Puşilin məlumat verib. O, əlavə edib ki, Donetskdə prezident seçkiləri üçün səsvermə təşkil etmək fikirləri yoxdur.
Denis Puşilin həmçinin bildirib ki, prezident seçkiləri onlar üçün qonşu sayılan bir məkanda keçiriləcək: "Axı biz Donetsk üçün qonşu sayılacaq bir məkanda keçiriləcək prezident seçkilərində necə iştirak edə bilərik? Bu düzgün deyil, mövcud vəziyyətdə qərbi və şərqi razı salacaq prezidenti seçmək mümkün deyil. Biz Oleq Tsarevi də öz namizədimiz saymırıq və regionu Kiyevdə təmsil edən şəxs kimi də görmürük. Bizim ona qarşı heç bir iradımız yoxdur. Hər-halda biz referenduma hazırlaşırıq. 11 mayda keçiriləcək referendum çox ehtimal ki, Luqanskda da keçiriləcək."
.