Dövlət sifarişli yerlər üçün Azərbaycan və rus bölmələrinin abituriyentləri eyni zamanda müraciət edirlər.

Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, Azərbaycan bölməsi üzrə müraciət edənlərin sayı daha çox olduğu üçün dövlət sifarişli böyük əksəriyyətini Azərbaycan bölməsi üzrə təhsil alanlar tutur. Nəticədə, dövlət sifarişli yerlərin yalnız 5–8 faizini rus bölməsinin abituriyentləri qazana bilir.

.