Dağıstan rəhbəri Sergey Məlikov bildirib ki, martın sonunda Dərbənd şəhərində 2025-ci ilin dekabrında yenidən qurulması başa çatmış Azərbaycan teatrının təntənəli açılışı olacaq.
Dağıstan rəhbərinin administrasiyası xəbər verir ki, o, bu barədə jurnalistlərə deyib.
"Açılış gözəl və hamımız üçün çox vacib olacaq. Bu, xarici ölkələrlə olan əlaqələrimizin genişlənməsinə də aiddir. Bundan əlavə, bu, öz mədəniyyətini qayğı ilə və müqəddəs tutaraq qoruyub saxlayan dağıstanlılar üçün də vacibdir", - o bildirib.
Tarixi 150 ildən çox olan teatr yenidənqurma zamanı tamamilə yenilənib. Binada tamaşaçı zalı, qrim və digər otaqlar müasirləşdirilib, modern səhnə işıqlandırması və səs sistemləri quraşdırılıb.
Həmçinin binanın unikal üslubda işlənmiş fasadı tamamilə yenilənib, teatrın qarşısında isə yeni abadlaşdırılmış meydan salınıb.
Layihə "Dərbənd şəhərinin kompleks ərazi inkişafı" dövlət proqramı çərçivəsində həyata keçirilib.
.
