İşsizliyə görə sığorta ödənişlərinin həcminin 60 %-lik artımı çox sevindiricidir.
Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsində deputat Soltan Məmmədov deyib.
Soltan Məmmədov bildirib ki, bu gün seçicilərlə iş zamanı ən çox müzakirə olunan məsələ məşğulluqla bağlıdır: “İşsizliyə görə sığorta ödənişlərinin həcminin 60 %-lik artımı bizi çox sevindirir. Peşə hazırlığı, əlavə təhsillə bağlı görülən tədbirlər, kvotadan əlavə iş yerlərinin yaradılması bu gün İşsizlikdən sığorta fondunun 14 istiqamətdə həyata keçirdiyi tədbirlərin göstəricisidir. Eyni zamanda kvotadan əlavə iş yerlərinin yaradılması üçün görülən tədbirlər, sosial müəssisələrinin yaradılması, müəyyən məqsədli proqramların həyata keçirilməsində əldə etdiyimiz uğurların davamlılığının təmini lazımdır. Özünəməşğulluq üçün ayrılan hər bir vəsait bu gün kiçik sahibkarların inkişafına müəyyən şərait yaradır. Bunların son 5 il üçün həyata keçirilmiş tədbirlər və gələcək illərdəki proqnozu ilə bağlı kiçik hesabat olsa, yaxşı olardı”.
.
