
Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə qarşı mübarizə aparır.
Bunu Milli Məclisin deputatı Tural Gəncəliyev Bakıda keçirilən "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, bu gün tarixə siyasi və mədəni təkəbbürlə yanaşılır:
"Fransanın müstəmləkəçilik siyasətinə qarşı gəlsək də, mədəniyyətinə rəğbət bəsləyirik. Azərbaycanın Fransa mədəniyyətindən təsirlənib tanınan dahiləri var. Fransa da öz növbəsində, digər dövlətlərə qarşı təkəbbürlü siyasətini dayandırmalıdır".
.