“Türkiyədən Azərbaycana gəlmək istəyən çoxlu sayda insan var, çoxlu sayda müraciətlər alırıq”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

Komitə sədri deyib ki, Türkiyədə insanlar Azərbaycana aviabiletlərin qiymətinin bahalığından şikayətlənirlər: “Azərbaycandan da Türkiyəyə biletlər də bahadır. Mən buradan AZAL-a çağırış edirəm ki, bu biletlərin qiymətinə baxılsın”.

.