DÇ-2022-nin A qrupunda ikinci tura start verilib.
Çempionatın altıncı gününün ikinci matçında Qətərlə Seneqal üz-üzə gəlib.
İlk turda uduzan komandaların dueli 1/8 final şansını qorumaq baxımından böyük önəm daşıyıb. İlk yarının sonlarında hesabı açan seneqallılar ikinci hissədə üstünlüyünü artırıb. Meydan sahibləri isə bu toplardan yalnız birinin əvəzini çıxa bilsə də, görüşün sonlarında Seneqal yenidən fərqi iki topa çatdırıb – 3:1.
Bu qələbə afrikalıların 1/8 final şansını qoruması üçün yetərli olub. Çətin duruma düşən Qətərin qrupda qalması isə günün ikinci matçında rəsmiləşə bilər. Ekvador Niderlandı məğlub etsə, asiyalılar qrupda qalacaq.
.