Qətərdə keçiriləcək DÇ-2022-də yenilik tətbiq oluna bilər.

Bunu Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) açıqlayıb.

Qurum oyundankənar vəziyyəti müəyyənləşdirən yarımavtomat VAR texnologiyasının istifadəsini nəzərdən keçirir. Ofsayd zamanı VAR hakimlərinin qərar verməsi 3-4 dəqiqəyədək vaxt aparır. Süni intellektli yarımavtomat isə bunu 3-4 saniyəyə müəyyənləşdirəcək.

Qeyd edək ki, qolların qeydə alınması üçün tətbiq olunan texnologiyaların özünü doğrultması bu yeniliyin də uğur qazanması ehtimalını artırır.

.