Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycana səfərə gələcək. Bu barədə Salamnews-a Türkiyənin Azərbaycandakı səfiri İsmail Alpər Coşkun bildirib.
O deyib ki, səfərin məqsədi Türkiyə, Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin fevralın 19-da Gəncədə keçiriləcək üçtərəfli toplantısında iştirak etməkdir.
Bildirək ki, həmin toplantıda Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər və digər məsələlər müzakirə olunacaq. Səfər çərçivəsində Ə.Davudoğlu, həmçinin bir sıra rəsmi görüşlər keçirəcək.
Qeyd edək ki, Gürcüstanın XİN rəhbəri Maya Pancikidze də fevralın 19-da keçiriləcək toplantıya qatılmaq üçün Azərbaycana səfər edəcək.
.
