Danimarkanın Baş naziri Mette Frederiksen Qrenlandiyaya səfər edib.

Bu barədə Mette Frederiksen sosial media hesabında məlumat paylaşıb.

O, səfər çərçivəsində Nuuk şəhərində Qrenlandiyanın Baş naziri Yens-Frederik Nielsen ilə görüş keçirəcək.

"Qrenlandiyaya qayıtdığım üçün xoşbəxtəm. Birgə diplomatik səylərin hazırlanmasında sıx əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyirəm”, - Frederiksen paylaşımında qeyd edib.

.