COP29 danışıqlar qrupu Rusiyadan olan nümayəndə heyəti ilə ikitərəfli məsləhətləşmələr aparıb.

Bu barədə COP29-un “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.

“Bu gün COP29 danışıqlar qrupu Rusiya nümayəndə heyəti ilə iqlim məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirib. Biz COP29 ilə bağlı prioritetlərimizi bölüşdük və iqlim fəaliyyətinin gündəliyinə nail olmaq üçün iqlim gündəmindəki əsas məsələləri müzakirə etdik”, - paylaşımda vurğulanıb.

.