ABŞ-ın dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişə barədə bəyanat səsləndirib. Diplomat münaqişənin sülh yolu ilə həll edilməsinin vacibliyini bildirib: "Mən münaqişə tərəflərinə məsələnin sülh yolu ilə həll edilməsi üçün bütün təsirləri göstərəcəm. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi bunun üçün əlindən gələni edəcək".
Qeyd edək ki, artıq ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana səfəri başlayıb. Fransalı həmsədr Jak For və amerikalı həmsədr Ceyms Uorlik fevralın 2-də Bakıya gəliblər.
Həmsədrlər bu gün Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşəcəklər.
Bakıdan sonra vasitəçilər Ermənistana səfər edəcəklər.
.