Cared Kuşner və İsrailin Baş naziri Benyamin Netanyahu arasında danışıqlar dörd saatdan çox çəkib.
Bu barədə CNN İsraildən olan məlumatlı mənbəyə istinadən xəbər yayıb.
Bildirilib ki, Kuşner Netanyahunu Trampın Qəzzada sülh planının icrasına təşviq edib.
Netanyahu isə ilk addımı HAMAS-ın atmalı olduğunu bildirib. O əlavə edib ki, HAMAS tamamilə tərksilah edilməlidir.
Qeyd edək ki, HAMAS tərksilah olunmaq üçün İsrail ordusunun Qəzzadan çıxmasını şərt kimi irəli sürür.
.
