Dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda bəzi saytlara giriş məhdudlaşması ilə bağlı yaranmış texniki nasazlıq aradan qaldırılıb.
Bu barədə Cloudflare-nin məlumatında bildirilib.
Qeyd edilib ki, düzəliş tətbiq olunub: “Hesab edirik ki, insident həll edilib. Bütün servislərin normal iş rejiminə tam qayıtdığından əmin olmaq üçün səhvləri izləməyi davam etdiririk.”
.
