Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində İordaniyanın Baş nazirinin müavini, xarici işlər naziri Ayman Əs-Səfadi ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan və İordaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, Yaxın Şərq bölgəsində regional vəziyyət, İsrail-İran qarşıdurması müzakirə olunub.

Azərbaycan ilə İordaniya arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafı, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərin daha da artırılmasının vacibliyi vurğulanıb.

Azərbaycan və İordaniya arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının yaxın zamanlarda təşkilinə hazırlıq məsələləri nəzərdən keçirilib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini və xarici işlər naziri Ayman Safadi ilə görüşüb.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Nazirlər ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər.

Eyni zamanda, tərəflər regional təhlükəsizliklə bağlı fikir mübadiləsi aparıblar, beynəlxalq və regional təşkilatlar çərçivəsində koordinasiyanın davam etdirilməsinə sadiqliklərini təsdiq ediblər.

Tərəflər həmçinin İsrail-İran münaqişəsi nəticəsində regional qeyri-sabitliyin artması ilə bağlı narahatlıqlarını vurğulayıblar.

2025–2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul zamanı prioritet tətbiq olunan məktəblər açıqlanıb.

MÜTDA-dan bildirilib ki, prioritet hüququ tətbiq edilən məktəblərin siyahısı aidiyyəti yerli təhsili idarəetmə orqanları tərəfindən təsdiqlənərək vətəndaşlara www.mektebeqebul.edu.az portalı vasitəsilə təqdim edilib.
 

.