Serbiyaya işgüzar səfəri zamanı Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belqradda keçirilən Səfirlər Konfransında çıxış edib.
Bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, nazir çıxışında Azərbaycan-Serbiya strateji tərəfdaşlığının siyasi, iqtisadi, enerji və humanitar aspektlərinə, həmçinin ümumi regional problemlərə, o cümlədən ikili standartlara, beynəlxalq hüququn seçmə tətbiqinə toxunub.
Hər iki ölkənin xarici siyasətini istiqamətləndirən suverenlik və ərazi bütövlüyü prinsiplərinin qorunmasının vacibliyi vurğulanıb.
Ceyhun Bayramov Azərbaycanın Avropanın enerji şaxələndirilməsində mühüm rolu, o cümlədən Avropa ilə Mərkəzi Asiyanı Xəzər və Qara dəniz hövzələri vasitəsilə birləşdirəcək gələcək yaşıl enerji planlarından da ətraflı danışıb.
.