Cənubi Koreya ABŞ Prezidenti Donald Trampın bütün ölkələrdən idxala 10% qlobal tarif tətbiq edilməsi barədə fərman imzalamasından sonra ABŞ-ın növbəti addımlarını və dünya ticarətindəki vəziyyəti diqqətlə izləyəcək.

Yenizaman-ın"Yonhap"a istinadən xəbər verdiyinə görə, bu barədə ölkə prezidentinin mətbuat katibi Kanq Yu Çon bəyan edib.

Qeyd olunur ki, bu qərar ABŞ Ali Məhkəməsinin əvvəlki "güzgü" tariflərinin tətbiqi üçün fövqəladə iqtisadi səlahiyyətlərdən istifadəni qanunsuz hesab edən qərarından dərhal sonra gəlib.

"15 faizlik güzgü tarifləri qüvvədən düşsə də, ABŞ administrasiyası artıq Ticarət Qanununun 122-ci maddəsinə əsasən 10 faizlik qlobal tarif tətbiq ediləcəyini elan edib", - o bildirib və Seulun ən böyük ölkələrin reaksiyasını diqqətlə izləyəcəyini və ABŞ-ın əlavə tədbirlərini təqib edəcəyini qeyd edib.

.