Cənubi Koreya prezidentliyinə yeddi namizəddən biri olan Ku Cu Va namizədliyini geri götürdüyünü və mühafizəkar "Vətəndaş Gücü" partiyasının nümayəndəsi Kim Mun Sunu dəstəkləyəcəyini bəyan edib.

Yenizaman TASS-a istinadən xəbər verir ki, bu barədə Azadlıq və Birlik Partiyasından bildirilib.

Qeyd edək ki, Azadlıq və Birlik Partiyası bəzən ultra-sağçı adlandırılır və parlamentdə deputatları yoxdur.

.