Cənubi Koreyada güc strukturlarının nümayəndələri prezident vəzifəsindən kənarlaşdırılan Yun Sok Yolu həbs etməyə müvəffəq ola bilməyib.

“Yonhap” xəbər agentliyinin məlumatına görə, dövlət çevrilişinə cəhddə ittiham olunan keçmiş prezidenti həbs etməyə gələn polislərin qarşısını onun mühafizəçiləri kəsib.

Qeyd edək ki, bir müddət əvvəl ölkənin Baş Prokurorluğu məhkəmə qərarının icrasının təmin ediləcəyini açıqlayıb. Məhkəmə sabiq prezidentin saxlanılması barədə qərar verib.

.