Cəlilabadda gənclər arasında baş verən münaqişə ilə bağlı DİN açıqlama verib.

Yenizaman-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis kapitanı Məhəmməd Rzayev bildirib ki, əməli törətməkdə şübhəli bilinən 27 yaşlı E. Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.

.