Çinin Qansu əyalətində bir neçə dəfə zəlzələ baş verib.

Bu barədə ölkənin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, Qansu əyalətiinin polis korpusunun zabit və əsgərləri fəlakət bölgəsinə göndəriliblər.

Zəlzələ əyalətin Linsia, Sişişan dairələrində dağıntılar törədib. Silahlı polis korpusu xilasetmə əməliyyatlarını həyata keçirmək üçün təcili olaraq Taosya, Yanday, Tuansye kəndlərinə və Liszya qəsəbəsinə birləşmələr göndərib. Polis və hərbçilər yaralıların axtarışına və xilas edilməsinə başlayıblar.

İlkin məlumata görə, 45 nəfər xilas edilib və ərazidən təxliyə olunub. Ölkənin şimal-qərbindəki Qansu və Çinxay əyalətlərində baş vermiş zəlzələ qurbanlarının sayı azı 116 nəfərə çatıb.

07:23

Çinin Sincan-Uyğur Muxtar vilayətində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında xəbər verilib.

Seysmik hadisənin episentri 135 minə yaxın insanın yaşadığı Tumşuk kəndindən 110 km qərbdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Hələlik tələfat və ya dağıntılar barədə məlumat verilmir.

.