Çinin xarici işlər naziri Vanq İ Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib.

Tərəflər müxtəlif sahələrdə dialoq və əməkdaşlığı gücləndirmək və Çin-ABŞ münasibətlərinin davamlı inkişafını təşviq etmək barədə razılığa gəliblər.

“Hər iki tərəf bərabərlik, hörmət və qarşılıqlı fayda prinsiplərinə əməl etdiyi müddətcə Çin və ABŞ bir-birinin narahatlıqlarını həll etmək və fikir ayrılıqlarını düzgün idarə etmək üçün yollar tapa biləcəklər”, - Çin rəsmisi qeyd edib.

.