Çin hazırkı mərhələdə nüvə silahları üzrə danışıqlarda iştirak etmək niyyətində deyil.

Bu barədə "İnterfaks" EFE-yə istinadən məlumat yayıb.

Rəsmi Pekin hesab edir ki, nüvə tərk-silahı üçün əsas məsuliyyət ən böyük nüvə arsenallarına malik dövlətlərin üzərinə düşməlidir.

"Çinin nüvə imkanları heç bir şəkildə ABŞ və ya Rusiyanın səviyyələrinə uyğun gəlmir, buna görə də hazırda Çin nüvə tərk-silahı danışıqlarında iştirak etmək niyyətində deyil", - Çinin nümayəndəsi Tszyan Şen BMT-nin Cenevrədəki qərargahında bəyan edib.

Onun sözlərinə görə, nüvə tərk-silahı ilə bağlı məsuliyyəti ən böyük nüvə arsenallarına malik dövlətlər öz üzərlərinə götürməli və öz arsenallarını əhəmiyyətli dərəcədə azaltmalıdırlar.

.