
Çin 2028-ci ildə BMT Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək imkanını nəzərdən keçirir.
Bu barədə Çin xarici işlər naziri Vanq Yi iyunun 10-da ilk Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününə həsr olunmuş tədbirin iştirakçılarına video müraciətində bildirib.
"Sivilizasiyalar arasında dialoq vasitəsilə biz qlobal problemlərin həlli üçün müdriklik əldə edə və modernləşmə yollarını genişləndirə bilərik. Çin 2028-ci ildə Qlobal Forumun keçirilməsi imkanını nəzərdən keçirməyə və sivilizasiyalar arasında dialoq ilə məşğul olan BMT strukturlarına töhfə verməyə hazırdır", - Vanq Yi bildirib.
.