Çinin Ticarət Nazirliyi ABŞ-nin 28 müdafiə şirkətinə ikili təyinatlı malların tədarükünü qadağan etdiyini elan edib.

Yenizaman "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri məlumat yayıb.

"Milli təhlükəsizliyi və maraqları təmin etmək məqsədilə hökumət bu tədbirləri ixraca nəzarət haqqında qanun və ikili təyinatlı malların ixracının tənzimlənməsi əsasında həyata keçirib", - nazirliyin bəyanatında deyilir.

Qeyd olunur ki, hökumət bu addımı həm də nüvə silahlarının yayılmamasına nəzarətin təmin edilməsi çərçivəsində atıb.

Ticarət məhdudiyyətlərinə məruz qalan şirkətlər arasında “General Dynamics”, “Boeing Defence”, “Space & Security”, “Lockheed Martin Corporation”, “Raytheon Missiles & Defence” var.

Bundan başqa, Çinin Ticarət Nazirliyi Tayvana silah satışı ilə əlaqədar onlarla xarici müdafiə şirkətinin etibarsız kontragentlər siyahısına daxil edildiyi barədə daha bir bəyanat yayıb.

.