Hazırda futbol üzrə Azərbaycan millisinə rəhbərlik edən Canni De Byazi Yunanıstan yığmasında baş məşqçi postuna namizədlərdən biridir.
"Live Sport" nəşri 65 yaşlı mütəxəssisin AFFA ilə müqaviləsinin olmasına baxmayaraq komandadan getməyə hazır olduğunu yazıb.
İtaliyalı baş məşqçi bu səbəbdən, Yunanıstan Futbol Federasiyasına (EPO) təklif olunub. Federasiya rəsmiləri onun millidə uğur qazana biləcəyinə inanırlar.
De Byazidən başqa Cennaro Qattuzo və Roberto Donadoni də namizədlər sırasındadır. Lakin EPO üçün ən ideal variant məhz odur.
Qeyd edək ki, AFFA dekabrın 2-də Canni De Byazinin müqaviləsini 2022-ci ilin noyabrınadək uzadıb.
.