İraqdan daxil olan məlumatlara əsasən, terrorçu-kamikadze özünü İsgəndəriyyə şəhərində futbol matçı zamanı azarkeşlərin arasında partlatdıb.

Hadisə nəticəsində ən azı 29 nəfər həlak olub, daha 70 yaralı var.

Bildirilir ki, partlayış yerli vaxtla saat 19:15-də, qalib komanda mükafatlandırılan zaman baş verib.

Artıq terrorçu İŞİD qruplaşması hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb. //Oxu.az
.