Beynəlxalq Valyuta Fondu (BVF) artıq 2024-cü ildə qlobal neft qiymətlərinin azalacağını gözləmir. Fond qiymətləndirməni əhəmiyyətli dərəcədə dəyişərək, neftin qiymətinin 0,8% artacağını proqnozlaşdırır.

Bu barədə Fondun hesabatında istinadən qeyd edilir.

Hesabata əsasən, cari ilin nəticələrinə görə, BVF qlobal neftin qiymətinin 0,8% artacağını ehtimal edir. Pul ifadəsində neftin orta qiymətinin bir barel üçün 81,26 dollar təşkil edəcəyi gözlənilir.

Qeyd etmək lazımdır ki, Fond aprel hesabatında qeyd olunan göstərici üzrə 2,5% azalma proqnozlaşdırırdı. BVF qiyməti hesablayarkən “Brent”, “Dubai” Fateh və WTI nefti markalarının orta qiymətini nəzərə alır.

Bundan əlavə, BVF 2025-ci ildə neftin qiymətinin aşağı düşəcəyi proqnozunu korrektə edib. Aprel ayında təşkilat bu rəqəmin gələn il 6,3% azalacağını gözləyirdi. Yenilənmiş hesablamalara görə, qiymət 6% azalaraq bir barel üçün 76,38 dollar təşkil edəcək.

.