
Builki sertifikasiya prosesində riyaziyyat fənni üzrə ən yüksək nəticələr Siyəzən, Sumqayıt, Xaçmaz, Mingəçevir və İsmayıllıdan olub.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bölgələr üzrə nəticələrə də toxunub:
"Riyaziyyat fənni üzrə elə bölgələr var ki, orada nəticələri zəif olan müəllimlər fəaliyyət göstərir. Belə hallarda bəzi məktəblərdə 5 müəllimdən yalnız 1-i növbəti tədris ilində riyaziyyat fənnini tədris etməyə davam edə biləcək".
.