Rusiya ilə danışıqların yeni raundu fevralın 26-27-də keçirilə bilər.

Ukrayna mediasıxəbər verir ki, bu barədə Prezident Zelenskinin Ofisinin rəhbəri Kiril Budanov bildirib.

O deyib ki, əsas mövzu ərazilər məsələsidir. Budanovun sözlərinə görə, Rusiya Donbasa nəzarət etməkdə israrlıdır.

“Bütün tərəflərin son qərarları verməli olduğu nöqtəyə gəlirik. Yavaş-yavaş hərəkət edirik, amma hərəkət edirik. Yalnız finalı görəcəksiniz”, - Budanov vurğulayıb.

Əsirlərin mübadiləsinin bu həftə baş tuta biləcəyini qeyd edən Budanov rusların danışıqlarda seçki məsələsini qaldırmadığını diqqətə çatdırıb.

O əlavə edib ki, Ukrayna tərəfi Zelenski ilə Putin arasında mümkün sammitin təşkili üçün əlindən gələni edir, lakin hələlik bunun icrası çətin olaraq qalır.

.