Temperaturun normadan artıq olduğu hallarda uçaq bağçalarılnda otaqların havalandırılması işçi heyət tərəfindən müntəzəm həyata keçirilir.

Bu barədə Report”un sorğusuna cavab olaraq Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) isti hava şəraitinin müşahidə edildiyi günlərdə paytaxtdakı bir sıra uşaq bağçalarında soyutma və havalandırma sisteminin olmamasına dair valideynlərin şikayətləri ilə əlaqədar bildirilib.

Bəhs olunan məsələ ilə bağlı redaksiyaya müraciət edən valideynlər Bakıda fəaliyyət göstərən bəzi uşaq bağçalarında soyutma sistemlərinin olmaması səbəbindən uşaqların istidən əziyyət çəkdiklərini bildiriblər:

“Hər axşam uşaqları bağçadan götürəndə onların qan-tər içində olduqlarını görürük. Necə olur, bağça müdirlərinin kabinetində kondisioner var, amma uşaqlar olan otaqda yoxdur? Uşaqlar yazıq deyil?”

BŞTİ-dən bildirilib ki, məktəbəqədər təhsil müəssisələrində əlverişli təlim mühitinin yaradılması məqsədilə otaqların temperaturu qanunvericiliyin tələbələrinə uyğun olaraq normada saxlanılır.

“Zərurət olduqda otaqların əlavə avadanlıqlarla təchiz edilməsi məsələsinə baxılması üçün aidiyyəti üzrə müraciət ünvanlanır", - İdarədən qeyd edilib.

.