Brüsseldə terakt törədən Nəcim Laaşraui həbs edilib.

Bu barədə Reuters məlumat yayıb.
Xatırladaq ki, daha öncə verilən məlumatda Laaşrauinin Salah Əbdeslamın köməkçisi olduğu vurğulanırdı.
Onu da qeyd edək ki, martın 21-də Belçika polisi Əbdeslamın köməkçisinin şəxsiyyətini müəyyənləşdirmişdi: Paris hücumlarındakı partladıcı dolu kəmərlərin birindəki əl izlərinin DNT analizi bunun 24 yaşlı Nəcim Laaşraui olduğunu ortaya çıxarmışdı. Polis Laaşrauini axtarışa vermişdi.
RTBF telekanalının xatırlatmasına görə, Laaşraui 2015-ci il noyabrın 13-də Parisdəki teraktı törədən qrup üçün bomba hazırlayıb.
"Bu, prioritet versiyadır. Nəcim Laaşraui Parisdəki, indi isə Brüsseldəki partlayışlarda şübhəli bilinir", -məlumatda deyilirdi.
.