Brüsseldə hava limanında baş verən terror aktınıtörədənlərin kimliyi məlum olub.Bu barədə RTBF telekanalı xəbər yayıb. Terror aktını Belçika vətəndaşları olan Xalid və İbrahimBakraui qardaşlarının törətdiyi açıqlanıb.Onların partlayıcı qurğuları işə saldığı ehtimal olunur. Həriki şəxsin partlayışnəticəsində öldüyü bildirilir.

Xatırladaq ki, ötən gün Brüsseldə ard-arda bir neçə terror aktı baş verib. "Zaventem” beynəlxalq hava limanında 2 və metroda baş verən partlayış nəticəsində 31 nəfər ölüb, 250 nəfər yaralanıb. Belçika hökuməti baş verən hadisəni terror aktı adlandırıb.(APA)

.