Son məlumata görə, aeroportdakı partlayışda ölənlərin sayı 17-yə çatıb.
Bundan başqa, Brüssel metrosunda da partlayışın baş verdiyi bildirilir.
RIA Novosti-nin verdiyi məlumata görə, hadisə metronun Malbek stansiyasında qeydə alınıb.
Hadisə nəticəsində ölənlər barədə məlumat verilməsə də,yaralıların olduğu deyilir.
Hazırda metrodakı insanlar evakuasiya edilir.


***11.36
Belçikanın paytaxtı Brüsselin beynəlxalq hava limanında iki partlayış səsi eşidilib.
Yenizaman.az RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində uçuş zalında olan bir neçə nəfər yaralanıb.
Partlayışlardan sonra hava limanı ilə dəmir yolu əlaqəsi kəsilib.
Partlayışın səbəbləri hələ ki, məlum deyil.
.
