Böyük Britaniya kralının qardaşı Endryu Mauntbatten-Vindzor Ceffri Epşteyn işi üzrə saxlanılıb.

Bu barədə "Sky News" məlumat yayıb.

Qeyd olunub ki, Endryu Mauntbatten-Vindzor onun barəsində irəli sürülmüş bütün ittihamları və Ceffri Epşteyn ilə əlaqədar hər hansı qanun pozuntuları barədə iddiaları qəti şəkildə rədd edib.

Bundan əvvəl bildirilmişdi ki, Britaniyada kralın qardaşı və ABŞ-dəkı keçmiş səfir Piter Mandelson tərəfindən yol verildiyi iddia edilən qanun pozuntuları barədə məlumatların araşdırılması üzrə polis əlaqələndirici qrupu yaradılıb.

.