Böyük Britaniya Çaqos adaları üzərində Mavrikinin suverenliyini tanıyan və adanın təhvil verilməsinə dair saziş imzalayıb.

Bu barədə Britaniyanın Baş naziri Keir Starmer bildirib.

Sazişə əsasən, Britaniya strateji əhəmiyyətli Dieqo Qarsiya hərbi bazasına nəzarəti növbəti 99 il özündə saxlayacaq.

Britaniya hərbi bazaya görə Mavrikiyə ildə 101 milyon funt-sterlinq (136 milyon dollar) ödəyəcək.

.