BP-nin 2010-ci ildə Meksika körfəzindəki qazma qurğusunda baş verən neft sızması üçün ödəməsi lazım olan təzminat məhkəmə tərəfindən dəqiqləşdirilib.
İllərlə davam edən məhkəmə nəticəsində Nyu Orlean federal hakimi, şirkəti 20.8 milyard dollar təzminat ödəməyə məhkum edib.
Sözügedən neft sızması tarixin ən böyük ekoloji fəlakəti adlanır.
Məhkəmənin şirkətin ödəməsinə hökm etdiyi təzminat, ABŞ-da tək bir quruma verilən ən yüksək cərimə olma xüsusiyyətini daşıyır.
İlk dəfə ötən ilin iyul ayında açıqlanan təzminat, ətraf mühitin yenidən bərpası və sızmanın olduğu bölgədəki 5 ABŞ ştatının zərərinin qarşılanması üçün nəzərdə tutulurdu.
20 milyard dollarlıq təzminata, okeanın təmizlənməsinin təxmini xərci də əlavə olunanda cəmi 53 milyard dollarlıq bir xərc ortaya çıxır.
BP-nin ktəzminatı gələcək 16 il ərzində ödəməsi lazımdır.
Neft sızmasına səbəb olan qazma qurğusundakı partlayışda 11 işçi həyatını itirmişdi.
87 gün davam edən sızıntının qarşısı alınana qədər, 500 milyon litr xam neft dənizə axmışdı.
.