Azərbaycandan Serbiya və Bolqarıstana qaz təchizatında problem yaranıb. Bununla bağlı Avropa mediasında xəbərlər yayılıb.

Bildirilib ki, buna "Şahdəniz" yatağındakı problemlər səbəb olub.

Məsələ ilə əlaqədar "APA-Economics" "BP Azərbaycan" şirkətinə sorğu verib. Şirkətdən bildirilib ki, "Şahdəniz" qaz-kondensat yatağında "Bravo" platforması tam gücü ilə işləyir.

“BP-Azerbaijan” mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib ki, platformada heç bir problem yoxdur.

""Alfa" platforması ilə Səngəçal terminalı arasındakı sualtı kondensat boru kəmərində texniki problemlə üzləşmişik. Bu səbəbdən də platformanı dayandırmalı olmuşuq. Platforma, oradakı insanlar və digər əlaqədar qurğular tam təhlükəsizdir", - Tamam Bayatlı qeyd edib.

O, bildirib ki, hazırda problemin mümkün qədər tez aradan qaldırılması üçün bütün lazımi işlər aparılır.

.