Bolqarıstanın baş naziri Kiril Petkov Azərbaycana səfər edəcək.

Bolqarıstan Milli Radiosu xəbər verir ki, məqsəd Avropadakı enerji böhranı fonunda əlavə qaz tədarükünü müzakirə etməkdir.

“Qaz böhranı bütün Avropada baş verib. Ona görə də mən yaxın günlərdə Azərbaycana səfər etmək niyyətindəyəm. Azərbaycan Prezidenti İlham Əliyevlə qaz tədarükünün artırılması məsələsinin müzakirəsini davam etdirəcəyik”, - deyə Petkov bildirib.
 

.