Avropa İttifaqı (Aİ) ölkələrinin paytaxtlarında və ABŞ-də islamofobiya güclənir, buna görə də BMT-nin vəzifəsi İslamın mahiyyətini izah etməkdir.

Bu barədə BMT Baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Anxel Moratinos TASS-a müsahibəsində bildirib.

"Avropa İttifaqının əsas paytaxtlarında və hətta Birləşmiş Ştatlarda islamofobiya güclənir. Niyə? Çünki İslamın nə olduğu haqqında bilik çatışmır. Həddindən artıq manipulyasiya, anlaşılmazlıq var", - o qeyd edib.

Bu yaxınlarda BMT-nin Baş katibi tərəfindən islamofobiya ilə mübarizə üzrə xüsusi elçi təyin edilmiş Moratinos deyib ki, onun vəzifəsi İslamın nə olduğunu izah etmək üçün bütün əsas tərəflərlə işləməkdir.

"İslam xristianlıq və ya iudaizm kimi bir etiqaddır. Bu, daxili mənəviyyata aparan yoldur", - o vurğulayıb.

.