Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur. Bizim məqsədimiz Azərbaycanın suveren ərazilərini bərpa etməkdir.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, münaqişə artıq öz həllini tapmalıdır: “Biz bu münaqişəni gələcək nəsillərə saxlamamalıyıq”.
Prezidentin köməkçisi bildirib ki, Ermənistan müxtəlif ölkələrdən muzdlular gətirərək Azərbaycana qarşı istifadə edir: “Eyni zamanda, Ermənistan öz diasporasının köməkliyi ilə “qara bazar”dan silahlar alaraq mülki təyyarələr vasitəsilə Ermənistana daşıyır və həmin silahlardan Azərbaycanın mülki əhalisinə qarşı istifadə edir. Ermənistana mülki təyyarələr vasitəsilə silahların daşınması beynəlxalq qanunların, o cümlədən beynəlxalq mülki aviasiya qaydalarının kobud şəkildə pozulmasıdır. Beynəlxalq təşkilatlar Ermənistanın pozucu hərəkətlərinin qarşısını almalıdır”.
Hikmət Hacıyev: “Azərbaycan Ordusu tərəfindən düşmənin təxribatlarına layiqli cavab verilir”
“Müvəqqəti humanitar atəşkəs elan olunan vaxtdan 2 dəqiqə keçəndən sonra Ermənistan silahlı qüvvələri tərəfindən təxribatlar törədilib”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənilərə layiqli cavab verilib: “Bunun nəticəsində bir sıra kəndlərimiz işğal azad edilib. Bu barədə Ali Baş Komandan da özünün “Twitter” hesabından xalqımıza xoş xəbəri çatdırıb”.
Prezidentin köməkçisi qeyd edib ki, ön cəbhədə vəziyyət gərgindir, Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin təxribatlarına layiqli cavab verilir.
Prezidentin köməkçisi: “ABŞ artıq bəyan edib ki, hazırda Azərbaycan ərazisi terror təhdidinin ola biləcəyi yerdir”
“Artıq ABŞ tərəfindən bəyan edilib ki, hazırda Azərbaycan ərazisi terror təhdidinin ola biləcəyi ərazidir. Biz bilirik ki, Ermənistan tərəfi əvvəllər də terror təşkilatları və qrupları ilə əlaqədə olub”.
Bunu bu gün ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, Azərbaycan mülki şəxsləri və xarici diplomatik korpusun nümayəndələrini terror təhdidindən qorumaq üçün bütün lazımi addımları atır: “Biz artıq Azərbaycan səfirlikləri olan ölkələrə müraciət etmişik ki, Azərbaycanda yerləşən diplomatik missiyaların təhlükəsizlik səviyyəsi qaldırılsın, təhlükəsizliyə xüsusi diqqət ayrılsın”.
.
