“Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısı dəyişib.

Nazirlər Kabineti bununla bağlı qərar verib.

Bitum qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların siyahısından çıxarılıb.

Bu qərar 2024-cü il avqustun 1-dən qüvvəyə minir.

Azərbaycana idxal olunan elektrik mühərriklə hərəkətə gətirilən avtobuslar gömrük rüsumundan azad edilib

Elektrik mühərriklə hərəkətə gətirilən avtobuslar 15 faiz idxal gömrük rüsumundan azad edilib.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 2025-ci il yanvarın 1-dək qüvvədədir.

Qeyd edək ki, hazırda məxsusi olaraq hava limanlarında istifadə üçün elektrik mühərriklə hərəkətə gətirilən avtobuslar idxal gömrük rüsumundan azaddır.

.