Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 4 kiloqram marixuana dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Fərid Mamedovdan 4 kiloqramdan artıq marixuana aşkarlanıb.
F.Mamedovun narkotiki şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə ilə satmaq üçün ölkəyə keçirdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
.