Bərdə rayonunda 200 yaşı olan ağac aşıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Qaradağlı kənd sakini İsax Süleymanovun həyətində qeydə alınıb.
 2 əsr yaşı olan irigövdəli  palıd ağacı ötən gün rayon ərazisində əsən güclü küləyə tab gətirməyib. Gövdəsinin diametri 3 metrə çatan ağac beşmərtəbəli binadan hündür olub. İ. Süleymanov bildirib ki, ağacın aşması nəticəsində həyətyanı sahəsinə ziyan dəyib.
.