Bərdədə 20 yaşlı gəncin meyiti qəbiristanlıqda asılmış vəziyyətdə aşkar edilib.
Hadisə rayonun Muğanlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini 20 yaşlı Dursunov Mahir Vüsal oğlunun meyiti kənd qəbiristanlığında olan su çənindən asılmış vəziyyətdə tapılıb.
Faktla bağlı yerli hüquq mühafizə orqanlarında araşdırma başladılıb.
.