Gürcüstan hakimiyyəti “xarici təsir” haqqında qanun layihəsini qəbul etməklə ölkənin Avropa İttifaqına gedən yolunu bağlayır.

Bunu Annalena Berbok deyib.

O bildirib ki, sözü gedən addım həm də hakimiyyətin gürcü xalqının iradəsinə qarşı çıxmaq niyyətindən xəbər verir:

“Mən çox təəssüf edirəm ki, Gürcüstan hakimiyyəti bu qanunla ölkəni Avropaya aparan yolunu bağlayır. Bu isə gənclər başda olmaqla, bütün vətəndaşların arzusudur” – A. Berbok deyib.

.