Bu il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı seçicilərlə görüş yerləri müəyyənləşib.
Bu barədə Mərkəzi Seçki Komissiyasından bildirilib.
Bələdiyyə seçkilərində qeydə alınmış namizədlərin, namizədləri qeydə alınmış siyasi partiyaların seçicilərlə görüşlərinin keçirilməsi üçün 3 min 730-u açıq, 2 min 182-si qapalı olmaqla, ümumilikdə 5 min 912 yerin ayrıldığı bildirilib.
.