Belçikanın Şarlerua şəhərində yerləşən "Tianj" Atom Elektrik Stansiyasının mühafizə xidmətinin əməkdaşı qətlə yetirilib.
Yenizaman.az -ın RİA NOVOSTİ-yə   istinadən verdiyi xəbərə görə, hadisə iki gün öncə baş versə də, KİV-in maraq dairəsindən kənarda qalıb. Mühafizə xidmətinin əməkdaşı axşam saatlarında öz iti ilə gəzdiyi vaxt naməlum şəxs tərəfindən öldürülüb.
Polis əməkdaşlarının verdiyi məlumata əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları insidentlə bağlı araşdırma apardıqları zaman öldürülən şəxsin iş yerindən verilən stansiyaya buraxılış vəsiqəsinin oğurlandığını aşkar ediblər.
.